Gənc həkimlər, rezidentlər və yuxarı kurs tələbələrinin nəzərinə!

20-22 dekabr 2013-cü il tarixlərində Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Tibbi Treyninq Mərkəzi Laparoskopik Tikiş Kursları üzrə treyninglər təşkil edir. Treyninq kurslarında əməliyyatlar ən müasir treyninq modellər, simulyatorlar və Karl Ştorz firmasının avadanlıqları və alətlərindən istifadə etməklə canlı toxumadan hazırlanmış xüsusi modellər üzərində aparılacaqdır.  Treyninqlər zamanı laparoskopiyanın ixtisaslaşmış sahəsi hesab edilən intrakorporal düyün vurmaq və tikiş texnikasının özəlikləri təcrübəli mütəxəssislərin məşqçiliyi ilə iştirakçılara öyrədiləcəkdir. Kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar veriləcəkdir.

Kurslara müraciət online aparılacaqdır. Online qeyddiyat üçün isə www.gamca.az saytından  və facebook səhifəmizdən (Laparoskopik Tikiş Kursları) yüklədiyiniz qeydiyyat vərəqəsini  (http://www.boxca.com/l8rsrv4tuvbe/qeydiyyat_vereqi.doc.html)

 17 dekabr 2013-cü il tarixinə qədər  treyning.gamca@gmail.com

e-mail ünvanına göndərə bilərsiniz. 

Treyninqlərdə iştirak üçün yerlər məhduddur, məlum say toplandıqdan sonra ərizə qəbulu dayandırılacaqdır. Treyninqlərdə iştirak üçün seçim zamanı GAMCA üzvlərinə və əvvəlki treyninqlərimizin sertifikatı olanlara üstünlük veriləcəkdir.

 Tədbir Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində keçiriləcək.  

Tədbirin yenilikləri barədə məlumatları GAMCA-nın rəsmi internet səhifəsindən (www.gamca.az) və həmçinin tədbirin facebook səhifəsindən ala bilərsiniz.

Koordinatorlar: 

GünayƏliyeva          gunay.aliyeva@gamca.az

TapdıqMəmmədov   tapdiq.mammadov@gamca.az

VüqarBehbudov  vbehbudov@gmail.com

Our socials