Azərbaycan Cərrahlar Klubunun (ASC) növbəti toplantısı.

Məlumat veririk ki,  Azərbaycan Cərrahlar Klubunun (ASC) növbəti toplantısı 26 oktyabr saat  17:00-da keçiriləcəkdir.İclasda  Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin müdiri Asif  Cahangirov  tərəfindən “Sidik sistemi daşlarına müasir yanaşma” mövzusunda məruzə ediləcək. Həmçinin Almaniyanın Frayburq Universitet klinikasının Neyrocərrahiyə kafedrasının əməkdaşı Ramazan Cabbarlı  "Müasir spinal cərrahiyyə" mövzusunda prezentasiya edəcək. Hər iki mövzu ətrafında müzakirələr aparılacaq.

Toplantı açıqdır maraqlananlar iştirak edə bilərlər.

Tədbirlə bağlı sualları ünvanlamaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz asclub2011@gamca.az

Ünvanımız: H.Zərdabi küç.77a (AATƏC (Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti)-nin ofisi).

Our socials