6 sentyabr tarixində Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir.

Məlumat   verdiyimiz  kimi 4-8 Sentyabr  2013-cü il tarixində Almaniyanın Siegen şəhərində "4-cü Alman Azərbaycan Tibb Günlər" i keçirmişdir.

6 sentyabr tarixində bu tədbir çərçivəsində Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir. İclasda öncə Siegen St. Marienkrankenhaus klinikasının anesteziologiya-reanimatologiya şöbəsinin rəhbəri prof. Dr.Med. W.Hering – Kim uyğun gəlir? (who is suitable?) və cərrahiyyə klinikasının direktoru prof.Dr.Med- F.Willeke - Kim yaxşı namizəd deyil?–(who is not a good candidate?) anesteziologiya və cərrahiyyə üzrə Fast Track  prezentasiyalarını təqdim edərək iştirakçılarla bərabər müzakirə etdilər.

İclasın ikinci yarısında azərbaycanlı tələbə N.Ələkbərova (http://www.boxca.com/wvjd6aig3hl7/22.pptx.html) multimərkəz tədqiqatın özəlikləri haqda məruzə ilə çıxış etdi və gələcəkdə bu cür proyektin ilk dəfə olaraq Azərbaycan və Alman klinikaları arasında aparılacağı barədə bildirdi.

Sonra MNX Orqan və Transplantasiya Mərkəzinin həkim-transplantoloqları E.Əhmədov və E.Fərəcov http://www.boxca.com/za337228yprc/In_practice_clinical_experiences_for_renal_transplantation.ppt.html

 Azərbaycanda transplantalogiyanın yaranma tarixi, imkanları və inkişafı barədə prezentasiya etdilər. 


Our socials