GAMCA təbrik edir!

Azərbaycan –Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti  (AATƏC)  Avropa ölkələrindəki tibb təhsili,xüsusilə Almaniya tibb modelininin  Azərbaycan tibb strukturunun inkişafına və davamlılığına xidmət edən bütün  qarşılıqlı xidmət sahələrini,tibbi nəzəri və praktik mübadilə,xaricdə təhsil və s. kimi proqramları hər zaman dəstəkləyir və hər zaman öz töhfəsini verməyə  çalışır.

Çox sevindirici haldır ki,Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Treyninq Mərkəzinin rəhbəri ,bu ailənin ən fəal və aparıcı üzvü olan Kamal Məmmədovu keçən il Almaniyanın Köln şəhərinin aparıcı universitet-klinikasında “Radiologiya”ixtisası üzrə rezidentura  təhsilini davam etdirməyə başladı.

Bir neçə gün öncə  Kamal Məmmədov  ixtisası üzrə xarici həkimlərin  alman tibb təhsili üzrə approbasiya imtanını uğurla verdi və həkim-assistent olaraq  rəsmi fəaliyyətə başladı.

 Qazandığı bu böyük uğur  münasibətlə kolleqamızı səmimi qəlbdən təbrik edir,AATƏC ailəsi adından ona işlərində daha böyük uğurlar və müvəffəqiyyətlər  arzulayırıq.

Daima səsimiz zirvələrdən gəlsin!

 

   GAMCA.

Our socials