"4-cü Azərbaycan-Almaniya Tibb Günləri" davam edir

6 sentyabr tarixində "4-cü Azərbaycan Alman Tibb Günləri" öz işinə 40 nəfərə yaxın həkim, tələbə və rezidentin müxtlif şöbələrdə kliniki fəaliyyətə başlaması (Hospitation) ilə start verdi. Burada ümumi cərrahiyyə, anesteziologiya, ginekologiya, radiologiya, urologiya, qastroenterologiya, travmatologiya və ortopediya üzrə iştirakçılar ayrı-ayrı qruplarda müvafiq şöbələrdə St.Marien Krankenhaus klinkasının əməkdaşları ilə birgə xəstələrin müayinə və müalicəsində iştirak etdilər.

Fasilədən sonra ötən gündə olduğu kimi iştirakçılar işçi qruplara ayrılaraq laparoskopik və ümumi cərrahiyyə üzrə treyninqlərə başlanıldı. Burada klinikanın Cərrahiyyə bölümünün rəhbəri prof. F.Willeke ilə yanaşı bu şöbədə çalışan aparıcı cərrahlar A.Hess, R.Strunk, eləcə də azərbaycanlı mütəxəssislər Prof.dr.Med Q.Müslümov, F.Rəfiyev və b. gənc həkimlər, rezident və tələbələrə böyük həvəslə mürəkkəb vərdişləri öyrətməklə yanaşı cərrahiyyənin özəlliklərini də izah etdilər. 

Ümumi cərrahiyyə bölümündə iştirakçılar linear və sirkulyarstepler vasitəsilə bağırsaq anastomozları, əl ilə uc-uca və uc yana anastomoz texnikasını heyvan toxuması üzərində icra etdilər.

Laparoskopik cərrahiyyə işçi qrupu isə müxtəlif mürəkkəb vərdişlərdən başlayıb daha sonra xüsusi hazırlanmış heyvan toxuması modeli üzərində laparoskopik xolesistektomiya əməliyyatı tam original formata uyğun tərzdə icra olunmuşdur.

Günün ikinci yarısı elmi masada davam etdi. Fast Tract mövzusu ətrafında Siegen Marienkrankenhaus klinikasının anesteziologiya-reanimatologiya şöbəsinin rəhbəri prof. Dr.Med. VHering anesteziologiya üzrə, Cərrahiyyə klinikasının direktoru prof.Dr.Med F. Willeke cərrahiyyə üzrə öz prezentasiyalarını təqdim etdilər və auditoriya ilə bərabər  geniş müzakirə etdilər.

Daha sonra Azərbaycandan və Almaniyadan hər birindən 3 klinika olmaqla multimərkəz bir kliniki tədqiqatın mövzusu azərbaycanlı tələbə N.Ələkbərova tərəfindən ətraflı şəkildə təqdim edildi. Mövzu ətrafında maraqlı və ətraflı müzakirələr aparıldıqdan sonra bu işin icrasına başlanılması barədə qərar verildi. Beləliklə ilk dəfə olaraq Alman və Azərbaycan klinikaları arasında birgə multimərkəz kliniki tədqiqat icra edilcək.

Bundan sonra Azərbaycanda transplantalogiyanın yaranma və inkişafı barədə məruzə edən E. Fərəcov və E.Əhmədov bu sahədə əldə etdikləri nailiyyətləri barədə geniş prezentasiya ilə çıxış etdilər.

Günün sonunda qonaqlar Hilchenbach şəhərində yerləşən SMS Siemag maşınqayırma zavoduna ekskursiya və şam yeməyi təşkil olundu. 

Our socials