- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
II Alman Azərbaycan Treyninq Kursları
Almaniya Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin əsas prioritet sahələrindən biri olan tibbi treyninq kursları növbəti dəfə Almaniyanın Zigen şəhərinin St.Marien Krankenhaus klinikasında keçirilən "4-cü Azərbaycan Alman Tibb Günləri" çərçivəsində öz işinə 5 sentyabr tarixində start verdi.
"II Alman Azərbaycan Treyninq Kursları" adı ilə keçirilən bu kurslarda təqribən 100-ə yaxın alman və azərbaycan həkim, rezident və tələbələr iştirak edir. Treyninq kursları əsasən ümumi və laparoskopik cərrahiyyə üzrə müxtəlif manipulyasiyalar, vərdişlər, taktik və texniki yanaşmaların aşılanmasına həsr olundu. Burada klinkanın cərrahi briqadası başda olmaqla cərrahiyyə bölümünün rəhbəri prof. F.Willeke ilə yanaşı Azərbaycandan gəlmiş mütəxəssislər də treyner qismində iştirak etmişdilər. Bu dəfə keçirilən treyninqlərin fərqi və üstünlüyü modellər üzərində olan treyninqlərin canlı əməliyyatların birbaşa translyasiyası və diskussiyalarla birgə keçirilməsidir.
Ümumi cərrahiyyə bölümündə xüsusi modellər üzərində sadə vərdişlərdən başlayaraq ən mürəkkəb cərrahi proseduralardan hesab edilən linear və sirkulyar steplerlər vasitəsilə bağırsaq anastomozların qoyulması kimi treyninqlər də aparılmışdır.
Laparoskopik cərrahiyyə bölümündə Wolf şirkətinin texniki dəstəyi ilə quraşdırılan ən müasir laparoskopik avadanlıqlar və həmçinin laparoskopik alətlər iştirakçıların istifadəsinə verilmişdir. Burada xüsusi modellər üzərində laparoskopik tikiş və düyün texnikası, sadə və mürəkkəb təlimlər aparılmışdır.
Treyninqlər zamanı istifadə edilən bütün avadanlıq və alətlər tibbi avadanlıq istehsalı üzrə tanınmış brendlərə çevrilmiş Ethicon, Coviden və s. tərəfindən təqdim olumuşdur.
II Alman Azərbaycan Treyninq Kursları daha 2 gün - 8 sentyabr 2013 tarixinə qədər davam edəcək. Treyninq iştirakçılarına sonda müvafiq sertifikatlar veriləcək.