“4-cü Azərbaycan-Alman Tibb Günləri” seminar,müzakirə və praktik məşğələlərilə davam edir.

Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaniyanın St.Marien Krankenhaus klinikasın, Mannheim Cerrahli Klinikasinin və Milli Onkologiya Mərkəzinin  birgə təşkilatçılığı ilə keçirilən “4-cü Azərbaycan – Alman Tibb Günləri”  seminar, müzakirəlar, treyninqler və praktik məşğələlərilə davam edir.

Layihənin akademik startı günün birinci yarısı R.Wolf şirkətinin  texniki dəstəyi  ilə klinikada aparılan  laparoskopik Hernioplastika, laparoskopik fundoplikasiya, laparoskopik histerektomiya, Tiroidektomiya və s. canlı əməiyyatlar birbaşa konfrans zalına translyasiya olundu. Əməliyyatların translyasiyası zamanı layihə iştirakçıları birbaşa əməliyyat otağı ilə canlı bağlantı yaradaraq əməliyyat briqadası ilə aktiv müzakirələr qoşuldu.

Günün ikinci yarısı laparoskopik treyninqlərlə davam etdirildi. Dunyanin aparici şirkətlerinin texniki dəstəyi ilə laparoskopiyada istifadə olunan ən son müasir avandanlıqlarla 100-ə yaxın həkim, rezident və tibb tələbələri laparoskopik cərrahiyyə üzrə müxtəlif növ praktik təlimlərə yiyələndilər. Təlimlər sadədən  mürəkkəbə doğru aparılaraq ən sonda heyvan toxumasından hazırlanmış model üzərində laparoskopik xolesistektomiya əməliyyatının tam immitasiya olunmasına imkan verdi.

Daha sonra idarə həyəti və həkim-radioloqlardan ibarət heyət Zigen şəhəri yaxınlığında Zigerland Radioloji Mərkəzə səfər etdi. Səfər çərçivəsində Prof.Dr.Med M.Klein qonaqları klinika ilə tanış etdi və tərəflər arasında  gələcək birgə əməkdaşlıq barədə razılaşma əldə edildi.

Günorta fasiləsindən sonra isə elmi müzakirələr çərçivəsində Dr.med.R.Friedberg və U.Hammer vaskulyar və endovaskulyar cərrahiyyənin özəllikləri barədə, t.e.d İ.Mahalov isə ginekologiyada azinvaziv cərrahiyyənin əhəmiyyəti barədə geniş məruzə etdilər.

Günün yekununda qonaqlar və tədbir iştirakçıları  üçün Almaniyanın ən tanınmış pivə emalı zavoduna ekskursiya təşkil olundu.


Our socials