- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Sigerland Radioloji Mərkəzində görüş
05.09. 2013-cü il tarixində Almaniyanın Siegen şəhərində keçirilən "4-cü Azərbaycan Alman Tibb Günləri" çərçivəsində GAMCA-nın Almaniyada olan nümayəndə heyəti Almaniyanın tanınmış tibb mərkəzlərindən biri olan Sigerland Radioloji Mərkəzində olmuşdur.
Görüş əsnasında mərkəzin rəhbəri cənab Prof.dr. Martin Klein GAMCA-nın sədri Prof.Dr. Med. Q. Müslümov, Azərbaycan Milli Onkoloji Mərkəzinin elmi katibi T.ü.f.d. Rufa Hüseynova ve həmin mərkəzin həkim cerrahi dr. Yusif Əliyarov, GAMCA treyninq mərkəzinin rəhbəri, Azərbaycan Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, T.ü.f.dr. G.Əliyeva və Almaniyanın Köln Universitet klinikasının radiologiya üzrə asistent həkimi Kamal Məmmədovu və b. qebul etmiş və klinika ile tanış etmişdir. Klinikada il ərzində dünyanın onlarla ölkəsindən gəlmiş minlərlə xəstəyə radiloji diaqnostika olunduğu burada fəaliyyət göstərən nuklear təbabət bölümü və s. barədə ətraflı məlumat verilmişdir. Görüş zamanı GAMCA-nın həkim və tələbə mübadiləsi və xüsusən də son iki ildə başladığı "Summer Medical School" layihəsi üzrə Sigerland radioloji klinikasında tələbələr ve gənc radioloqların qısa və uzun müddətli tibbi praktika və ixtisasartırma kursları keçməsi üçün ilkin danışıqlar aparılmışdır.
Eləcə də Radiologiya üzrə teletəbabət və məsafədən təhsil haqqında söhbət aparılmışdır və GAMCA ilə bu mərkəz tərəfindən belə proyektin başlanılmasına dair razilığa gəlinmişdir. Sonda Prof dr M. Klein və xanımına üzərində Azərbaycanın milli ornamentləri olan xatirə hədiyyələri təqdim olunmuşdur.