- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Tədbirin rəsmi açılış mərasimi
Tədbirin rəsmi açılış mərasimi günün ikinci yarısı St.Marien Krankenhaus klinikasının rəhbəri cənab Winkelmanın giriş sözü ilə başladı.Cənab Winkelmann çıxışı zamanı toplaşan qonaqları xəstəxananın işçi həyəti ilə tanış etdi, klinikanın tibbi-texniki bazası haqda geniş məlumat verdi, xəstəxanada çalışan və mütəmadi olaraq praktik mübadilə proqamlarının iştirakçıları olan azərbaycanlı həkim, rezident və tibb tələbələrinə xəstəxana rəhbərliyi tərəfindən yaradılmış şəraitdən, onlara göstərilən qayğı və dəstəkdən söz açdı və hər zaman bu əməkdaşlıqdan məmnun olduğunu bildirdi.
Professor Dr.F.Willeke qonaqları Azərbaycan dilində salamladı, tədbirin təşkilatçılarına və idarə heyətinə işlərində uğurlar arzuladı, ona təqdim olunan milli xalçamızın naxışları arasında əks etdirilmiş St.MarienKrankenhaus klinikasının simvolunu bir araya gətirən qədim Azərbaycan xalçasını yüksək dəyərləndirdi.
Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri Prof.Dr.Q. Müslümov öz növbəsində tədbir iştirakçılarını salamladı, layihə haqqında geniş məlumat verdi,4 gun davam edəcək konfransın ümumi gedişatı ilə hər kəsi tanış etdi.
Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov Azərbaycan-Almaniya arasında mövcud olan dostluq vəəməkdaşlıq əlaqələrinin möhkəmlənməsinin, Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan tarixini,mədəniyyətini,ictimai-siyasi həyatını əks etdirən tədbirlərin keçirilməsinin,xüsusilə tibb sahəsindəəldə edilən uğurların günü-gündən inkişaf etməsinin əhəmiyyətindən danışdı.
Almaniya Bundestaqının Deputatı,Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini xanım H.Daub qısa nitq ilə çıxış etdi,konfransın gedişatına uğurlar arzuladı.
Azərbaycanın millət vəkilləri cənab C.Osmanlı,Q.Paşayeva ölkəmizdə və ölkə hüdudlarında gənclər üçün yaradılmış şəraitdən, xaricdə təhsil proqramının geniş imkanlarından bəhs etdi.
Tədbirdə həmçinin Milli Onkologiya Mərkəzinin elmi katibi R.Hüseynova geniş elmi məruzə ilə çıxış etdi.
Sonda təşkil olunmuş Azərbaycan gecəsində qonaqlar Azərbaycan musiqiləri altında milli mətbəx nümunələrinə qonaq edildi.