Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (GAMCA) ənənəvi tədbirlərindən biri olan “4-cü Azərbaycan - Alman Tibb Günləri” adlı layihəsini keçirir.

“Almaniyanın Zigen şəhər meri cənab S.Muess “4-cü Azərbaycan-Alman Tibb Günləri” adlı layihəsi çərçivəsində Azərbaycan nümayəndə heyətini qəbul edib.”

4-8 sentyabr 2013-cü il tarixlərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (GAMCA) ənənəvi tədbirlərindən  biri olan  “4-cü Azərbaycan-Alman Tibb Günləri” adlı layihəsini keçirir.

Tədbir  Almaniyanın St.Marien Krankenhaus Klinikası, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı ilə  Almaniyanin Zigen şəhərində təşkil olunub.

Tədbirdə Azərbaycandan və eləcə də Almaniyanın müxtəlif şəhərlərindən 70-a yaxın həkim, rezident və tələbə iştirak etməkdədir. 

Tədbir Zigen şəhər meri cənab S.Muess.in şəhər meriyasında qonaqlar və eləcə də tədbir iştirakçıları üçün təşkil etdiyi təntənəli mərasim ilə  açıq elan edildi. Cənab Muess qonaqları salamlayaraq  tədbir iştirakçılarını Zigen şəhərində görməyindən məmnun olduğunu bildirdi.

Qısaca olaraq bu tip tədbirlərin təşkilinin  ölkələr  arasındakı ictimai və tibbi əhəmiyyətindən, Zigen şəhərinin qısa tarixindən danışdı və konfrans iştirakçılarına daha böyük elmi nailiyyətlər arzuladı.

Azərbaycan Respublikasının Almaniyadakı səfiri cənab P.Şahbazov da öz növbəsində qonaqları salamladı, Azərbaycan - Almaniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, xüsusilə tibb sahəsində təhsil alan və çalışan kadrların ildən-ilə artmasının əhəmiyyətindən danışdı, xatirə hədiyyəsi olaraq Azərbaycan milli ornamentləri və Zigen şəhərinin emblemini özündə əks etdirən Azərbaycan xalçası və Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan tarixi, mədəniyyəti, arxitekturası, musiqi və mətbəx incilərini özündə əks etdirən  kitab və təqdimat disklərini şəhər merinə hədiyyə etdi, tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.


Our socials