4-cü Azərbaycan-Alman Tibb Günləri

Məlumat verdiyimiz kimi,   Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti( GAMCA) 4-8 sentyabr  2013-cü il tarixlərində növbəti  dəfə  ənənəvi tədbirlərindən  biri olan  “4-cü Azərbaycan-Alman Tibb Günləri” adlı layihəsini keçirməyə hazırlaşır.


Tədbir  Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti və Almaniyanın Siegen-Marien  Krankenhaus Klinikasının birgə əməkdaşlığı ilə  Almaniyanin Zigen şəhərində təşkil olunacaq. Tədbirə Azərbaycandan və eləcə də Almaniyanın müxtəlif şəhərlərindən 80-a yaxın həkim, rezident və tələbə qatılacaq.Tədbirin məqsədi hər zaman olduğu kimi Avropa  tibb sisteminin,xüsusilə Almaniya modelinin daha dərindən öyrənilməsi, mövcud olan müasir  tibbi  bilik və praktik sahədə mövcud olan əlaqələrin daha da möhkəmlənməsi,tibbdə baş verən yeniliklərin Azərbaycan səhiyyəsinə gətirilməsi,qarşılıqlı praktik və nəzəri tibbi mübadilə,eyni zamanda təbabətin müxtəlif sahələrində müvcud olan ən son yeniliklərlə gənc həkim və rezidentlərin tanış olmasının  təmin edilməsidir. Tibb günləri çərçivəsində tibbin bir sıra sahələri (ümumi və laparoskopik cərrahiyyə, reanimatologiya və intensiv terapiya, ginekologiya, endoskopiya, radiologiyavə s.) üzrə kliniki fəaliyyət, məruzə və disskussiyalar, həmçinin xüsusi modellər üzərində treyninqlər keçirilməsi nəzərdə tutulur. Tibbi treyninqlər Almaniyanin tanınmış klinikalarının təcrübəli mütəxəssisləri ilə yanaşı həm də bizim Almaniyada və digər ölkələrdə təhsil almış mütəxəssislər tərəfindən aparılacaqdır.Tədbir zamanı sadaladığımız sahələr üzrə mütəxəssislərimiz alman həmkarları ilə birgə normal praktiki fəaliyyətlə məşğul olacaq,onların müalicə protokolları ilə tanış olacaq ,təcrübə və bilik mübadiləsi aparmaq imkanı qəbul edəcəklər.Tədbir Zigen şəhərinin meri cənab Hsteffen Muesin şəhər meriyasında qonaqlar və eləcə də tədbir iştirakçıları üçün təşkil etdiyi təntənəli qəbul mərasim ilə  bashlayacaq. Eləcə, tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri cənab P.Şahbazov, Almaniya Bundestaqının Deputatı ,Almaniya Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini xanım H.Daub, St.MarienKrankenhaus xəstənasının rəhbəri cənab Mr.Winkelmann ,Azərbaycanin  millət vəkilləri cənab C.Osmanlı, Q.Paşayeva,Azərbaycan Gənclər Fondunun  Layihələr və regionlarla iş sektorunun müdiri V.Seyidbəyov, Milli Onkologiya Mərkəzinin  və Azərbaycan Tibb Universitetinin  rəsmi nümayəndələri  iştirak edəcəklər.

Tədbir Azərbaycan mədəniyyətinə həsr olunmuş  möhtəşəm gecə ziyafəti ilə davam edəcək. Hal-hazırda  tədbirin idarə və təşkilat heyəti Almaniyanın Zigen şəhərində son hazırlıq işləri ilə məşğuldur. Tədbirin gedişatı barədə Sizə mütəmadi olaraq məlumat veriləcəkdir.

GAMCA 


Our socials