Cərrahiyyədə yeni era

     Qarın boşluğundakı ən mürəkkəb əməliyyatlar belə göbəkdə kiçik bir dəlikdən aparılır! Artıq Azərbaycanda da bu əməliyyatlar icra edilməkdədir. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı Prof. Dr. Med. Qurban Müslümov tərəfindən bu üsulla ilk dəfə yoğun bağırsağın rezeksiyası  əməliyyatı icra edilmişdir. 

      Son illərə qədər laparoskopik əməliyyatlar qarında 3-5 ədəd dəlik aparmaqla (bəzi hallarda daha çox) icra edilirdi. Hazırda dünyanın aparıcı cərrahiyyə mərkəzində ən mürəkkəb əməliyyatlar belə tək dəlikdən aparılır. Bu məqsədlə göbək nahiyyəsində 1-2 sm-lik bir dəlik açılır və o dəlikdən yerləşdirilmiş xüsusiavadanlığın köməyi ilə alətlər qarın boşluğuna yeridilir və əməliyyat icra edilir.

Our socials