Aygül Nadirova tərəfindən "Tiroidektomiya və paratiroidektomiya zamanı qayıdan sinirin zədələnmə problemi və neyromonitorinq" mövzusunda seminar

12 may 2013-cü il tarixində saat 11:00-da AATƏC-in (Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti) "Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri" layihəsinin içtirakçısı Aygül Nadirova tərəfindən "Tiroidektomiya və paratiroidektomiya zamanı qayıdan sinirin zədələnmə problemi və neyromonitorinqmövzusunda seminar keçirilmişdir. Seminarda tiroid və paratiroid vəzinin xəstəlikləri zamanı icra edilən tiroidektomiya və paratiroidektomiya əməliyyatının ağırlaşması olan qayıdan sinirin zədələnməsi problemi və həmçinin bu ağırlaşmanın müqayisəli statistikası barədə ətraflı məlumatlar verilmişdir. Seminar layihə barədə müzakirələrlə sona çatmışdır.

Our socials