30 aprel-3 may 2013-cü il tarixlərində Almaniyanın Münhen şəhərində Almaniya Cərrahlar Cəmiyyətinin növbəti 130-cu Konqresi keçirilmişdir.


      Məlumat verdiyimiz kimi 30 aprel-3 may 2013-cü il tarixlərində  Almaniyanın Münhen şəhərində Almaniya Cərrahlar Cəmiyyətinin növbəti 130-cu Konqresi keçirilmişdir. Kongres çərçivəsində Almaniya Ümumi və Visseral Cərrahlar Cəmiyyəti, Almaniya Uşaq Cərrahlar Cəmiyyəti və Almaniya Damar Cərrahlar Cəmiyyətlərinin də illik konqresləri keçirilmişdir. Dunyanın bir çox ölkələrindən 2000-ə yaxın iştirakçının qatıldığı bu mötəbər tədbirdə respublikamızı akad. M.A.Topçubaşov adına Elmi Cərrrahiyyə Mərkəzinin Elmi Katibi, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri Prof. Dr. Med. Qurbanxan Müslümov, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdşları PhD. Mircəlal Kazımi və Dr. Eldar Əhmədov təmsil etmişlər. Tədbir zamanı cərrahiyyənin ən aktual problemləri müzakirə edilmiş, əksər ağır xəstəliklərin müalicəsinə dair yeni müalicə protokolları qebul edilmişdir. Konqresin gedişində eyni zamanda ümumi və visseral, laparoskopik cərrahiyyə, robot cərrahiyyəsi üzrə ən müasir modellər üzərində təlimlər də keçirilmişdir.

    Tədbir zamanı AATƏC-in sədri Prof. Dr. Med. Qurbanxan Müslumov  Almaniya Cərrahlar Cəmiyyəti və Almaniya Ümumi və Visseral Cərrahlar Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. Həmçinin  bu cəmiyyətlərlər Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, 4-9 Sentyabr, 2013 tarixlərində Almaniyada keçiriləcək 4-cü Azərbaycan-Almaniya Cərrahlıq Günlərinin proqramı və təşkilatı məsələləri müzakirə  edilmişdir. 


         


Our socials