Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir.

Məlumat veririk ki, 26 aprel tarixində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Cərrahlar Klubunun sədri, t.e.d. Qurban Müslümov Almaniyanın Münxen şəhərində keçiriləcək Almaniya Cərrahlar Cəmiyyətinin 130-cu Kongresi barədə məlumat vermiş və bu tədbirə Cərrahlar Klubunun  fəal üzvlərinin qatılması nəzərdə tutulduğunu qeyd etmişdir. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasının İnsan Orqan və Toxumalarının  Transplantasiya şöbəsinin rəhbəri Dr.Mircəlal Kazımi "Qaraciyər transplantasiyasının müasir aspektləri cərrah gözü ilə..."  və həmin şöbənin donor qrupunun rəhbəri Dr. Eldar Əhmədov "Qaraciyər transplantasiyası donor" mövzusunda məruzə ilə çıxış etmişdirlər. Məruzədə qaraciyər tranplantasiyasının tarixi, perspektivləri, meyitdən və canlıdan transplantasiya və onların fərqi, canlı donor hazırlığı, parenxima dəyərləndirilməsi və. s haqda məlumat verilmişdi.  Sonra mövzu ətrafında maraqlı diskusiya aparılmış, iştirakçıların sualları cavablandırılmışdır. Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdi.

    

Our socials