Prof.Dr.Med. Q.Müslümov, Phd. M.Kazımi və Dr.E.Əhmədov Almaniyanın Münxen şəhərində keçiriləcək Almaniya Cərrahlar Cəmiyyətinin 130-cu Kongresində iştirak edəcəklər

Azərbaycan - Alman Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri Prof.Dr.Med. Q.Müslümov və təşkilatın idarə heyyətinin üzvləri Phd. M.Kazımi və Dr.E.Əhmədov 30 Aprel-03 May 2013 tarixdə Almaniyanın Münxen şəhərində keçiriləcək Almaniya Cərrahlar Cəmiyyətinin 130-cu Kongresində iştirak edəcəklər. Konqres zamanı Azərbaycanın orada təmsil olunması ilə yanaşı Azərbaycanla Almaniya arasında tibb, əsasən də cərrahiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Tədbirin gedişində həm də Azərbaycan - Alman Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində təsis edilmiş Azərbaycan - Almaniya Cərrahlar Klubunun Almaniya Cərrahlar Cəmiyyətinə Assosiativ üzv qəbul edilməsi məsələsi də müzakirə ediləcəkdir.

Tədbirin gedişi barədə ətraflı məlumatı veb səhifəmizdən izəyə bilərsiniz.
GAMCA

Our socials