Azərbaycan Cərrahlar Klubunun (ASC) növbəti toplantısı

Məlumat veririk ki, Azərbaycan Cərrahlar Klubunun (ASC) növbəti toplantısı 26 aprel saat 16:30-da keçiriləcəkdir.
Mövzu:
“Canlıdan qaraciyər transplantasiyasına müasir baxış”.
 

Məruzəçilər: 
1. Mərkəzi Neftçilər Xəstəxanasının Orqan Transplantasiya Mərkəzinin rəhbəri Dr.Mircəlal Kazımi:

2. Mərkəzi Neftçilər Xəstəxanasının Orqan Transplantasiya Mərkəzinin donor qrupunun rəhbəri Dr. Eldar Əhmədov.

Ünvanımız: H.Zərdabi küç.77a (AATƏC (Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti)-nin ofisi).

Toplantı açıqdır maraqlananlar iştirak edə bilərlər.
Tədbirlə bağlı sualları ünvanlamaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz asclub2011@gamca.az

Our socials