Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir.

Məlumat veririk ki, 01 mart tarixində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti-nin ofisində Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir. Tədbiri  Cərrahlar Klubunun sədri, t.e.d. Qurban Müslümov açıq elan etmiş və cərrahiyyənin maraqlı sahələrindən biri olan kardioezofageal nahiyyənin xəstəlikləri və bu zaman laporoskopik cərrahiyyənin uğurları barədə ümumi məlumat verdi. Sonra Dr. Fərid Rəfiyev “Kardioezofageal nahiyyənin xoşxassəli patologiyaları zamanı laparoskopik cərrahiyyə” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi qida borusunun axalaziyaları, diafraqmanın qida borusu dəliyinin yırtıqları zamanı laparoskopik cərrahiyyənin əldə etdiyi nailiyyətlər və bunun üstünlukləri barədə ən müasir ədəbiyyat məlumatları və öz şəxsi təcrübələri ilə bölüşdü.

             Sonra Q. Müslümov tərəfindən Qida borusunun ağır dərəcəli axalaziyasi, meqaezofaqus xəstəliyi zamanı özünün icra etdiyi Laparoskopik Heller miotomiyası əməliyyatını videoprezentasiya etmiş və əməliyyatın özəllikləri ətraflı şərh olunmuşdur. Mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır.

İclasın sonunda GAMCA ailesi və toplantı iştirakçılar Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri Dr. Med. Qurbanxan Müslümovu qarşıdan gələn yubileyi münasibətilə təbrik edərək ona uzun ömür, can salığı və işlərində yeni nailiyyətlər arzu etdilər.

      

   
Our socials