- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
15.02.2013-cü il tarixində Tibbi Treyninq Kurslarının açılış mərasimi keçirilmişdir.

15.02.13 tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Korpusunda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (AATƏC), ATU-nun təşkilatçılığı və “İrəli” İctimai Birliyinin media dəstəyi ilə Tibbi Treyninq Kurslarının açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayev son illər ölkəmizdə gənclərin elmə və təhsilə olan həvəsinin artmasını qeyd etdi.
AATƏC-in sədri, professor Qurbanxan Müslümov Azərbaycanla Almaniya arasında olan tibbi əməkdaşlıq, onun əhəmiyyəti və perspektivləri barədə danışmış və bu elaqələrin Avropa tibb sistemində mövcud olan müasir tibbi yeniliklərin ölkəmizə transfer edilməsinə zəmin yaratdığını bildirmişdir.
Tədbirdə, həmçinin AATƏC-in Tibbi Treyninq Mərkəzinin, GAMCA student və Summer Medical School lahiyyələrinin təqdimatları oldu. Həmçinin AATƏC-in təsis etdiyi “Azərbaycan Tibb Xəbərləri” jurnalının ilk buraxılışı da iştirakçılara təqdim olunmuşdur.
Açılış mərasimindən dərhal sonra laparoskopik cərrahiyyə, radiologiya və endoskopiya üzrə tanınmış mütəxəssislər tərəfindən mühazirələr oxunmuşdur.
Növbəti iki gün ərzində isə AATƏC-in ofisində tibb tələbələri, rezidentlər və gənc həkimlər üçün nəzərdə tutulmuş təlim kurslarında ümumi cərrahiyyə, laparoskopiya və radiologiya üzrə müalicəvi, invaziv və diaqnostik texnikalar təcrübəli mütəxəssislərin iştirakı ilə xüsusi simulyatorlar üzərində iştirakçılara öyrədiləcəkdir.