Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir.

    Məlumat veririk ki, 25 yanvar tarixində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti-nin ofisində Azərbaycan Cərrahlar Klubunun növbəti iclası keçirilmişdir.

     Respublika Diaqnostika Mərkəzinin həkimi Dr. Arzu Yusifova “Kolorektal xərçəngin müalicəsinə multidissiplinar baxış” mövzusunda məruzə ilə çıxış etmişdır. Məruzədə kolorektal xərçəngin etiologiyası, risk faktorları ətraflı şərh olunmuşdur. Kolorektal xərçəngin yaranma riskinin yaşa bağlı artması, ailəsində kolon xərçəngi olanlarda xəstəliyin riskinin yüksək olması son illərin statisik göstəricilərinə əsasən dəyərləndirilmişdir. Məruzədən sonra mövzu ətrafında maraqlı diskusiya aparılmış, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır.  
     Eləcə də GAMCA sədri Q.Muslumov 15-17 fevral 2013-cü il tarixlərində keçiriləcək Tibbi Treyninq kurslarına hazırlıq barədə məlumat vermişdir. Həmçinin sentyabr ayında Almaniyada keçirilməsi planlaşdırılan növbəti Azərbaycan - Alman Cərrahlıq Günləri barədə də bəzi təşkilati məsələlər müzakirə edilmişdir.


Our socials