- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Slalomer
Slalomer - saat əqrəbi istiqamətində
Məqsəd: əsas laparoskopik praktik vərdişlərin, ilk növbədə sol və sağ əllə
birgə işləmək və əllərin koordinasiya edilməsi, işləmə dərinliyinin hiss
edilməsi, sürətin idarə edilməsi, individual strategiyanın seçilməsi və
alətlərlə rəftar hissinin öyrənilməsi.
Necə icra edilməlidir:Bu
tapşırıq " iynə "-nin " tikiş dəlik"-lərindən keçirilməsi
ilə xarakterizə olunur. Tapşırığı uğurla icra etmək üçün 10 dəlikdən keçmək
lazımdır. Əvvəl ən yaxında olan dəlikdən keçirilir, daha sonra isə tapşırıq
saat əqrəbi istiqamətində davam edilir. Həmçinin rezin parçaların altında olan
dəliklərdən keçməyi də unutmayın. Bu tapşırıq yalnız " iynə " –nin
bütün " tikiş dəlik"-lərindən keçərək geri qayıtdıqdan sonra bitmiş
hesab olunur. Nəzərə almaq lazımdır ki, əgər " iynə" " tikiş dəlik"-lərindən
düzgün keçirilməzsə sap qısa qalır və tapşırıq sona çatdırıla bilmir və düzgün
icra olunmuş hesab edilmir.
Gözlənilən nəticə: 1 dəqiqə 40 saniyə
Tapşırığın son icrasından əvvəl minimum 40 dəfə məşq etmək tövsiyyə olunur. Final icraya keçməzdən əvvəl 10 ən yaxşı nəticənin orta vaxt göstəricisi gözlənilən nəticədən (1 dəq 40 saniyə) qısa olmalıdır.
Slalomer - saat əqrəbinin əksi istiqamətində
Bu zaman bütün prinsiplər olduğu kimi qalır, sadəcə
" iynə "-nin " tikiş dəlik"-lərindən keçirilməsi ardıcıllığı
saat əqrəbinin əksi istiqamətində
aparılır.