Tibbi Treyninq Kursları, may, 2013

25-26 may 2013-cü il tarixlərində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC) Elmi Cərrahiyyə Mərkəzinin (ECM) Gənc Alimlər Şurası ilə birgə növbəti dəfə gənc həkimlər, rezidentlər, yuxarı kurs tələbələri üçün Tibbi Treyninq Kurslarına keçirmişdir. Tədbirin ilk günü ECM-in direktoru akademik  B.A.Ağayev və GAMCA-nın sədri prof. Q.F.Müslümov treyninq iştirakçılarını salamladılar. Tibbi Treyning Kursları zamanı ümümi və laparoskopik cərrahiyyə üzrə bazis və xüsusi təlimlər Azərbaycanın tanınmış mütəxəssisləri tərəfindən aparılmışdır. Budəfəki təlimlərin əsas özəlliyi yalnız canlı orqan və toxumalar üzərində aparılması oldu. Ümumi cərrahiyyə qrupunda bazis təlim çərçivəsində dəri və dərialtı tikişlər, müxtəlif növ düyünlər, xüsusi təlimlərdə isə  damar və bağırsaq anastomozları heyvan toxumalarından hazırlanmış modellər üzərində aparılmışdır. Laparoskopiya qrupunda ilk gündə toxumaların disseksiyası və kəsilməsi öyrədilmişdir. Sonrakı gündə isə ilk dəfə olaraq – heyvan orqanları üzərində Laparoskopik xolesistektomiya əməliyyatının imitasiyası icra edilmişdir. Bu əməliyyat treyninqlərin ən maraqlı yeniliyi hesab edilmiş və bütün iştiralçılar tərəfindən çox bəyənilmişdir. 

Our socials