17.12.2011

  Milli Onkologiya Mərkəzinin dəstəyi, Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC) və “İRƏLİ” Tədqiqatlar və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş “Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri”  layihəsi davam etməkdədir.

   17 dekabr 2011-ci il tarixində  layihənin növbəti toplantısı Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində keçirildi. Toplantıda layihə iştirakçıları  Vuqar Quliyev, Aysel İmamquliyeva, Turkan Hacılı və Könül Məmmədova Apaptoz mövzusu ətrafında müxtəlif aspektlərdən hazırlanmış prezentasiyalarla çıxış etdilər. Sonda məruzəçilər auditoriyanın çoxsaylı suallarını cavablandırdılar və 5 ballıq sistemlə münsiflər tərəfindən qiymətləndirilildilər. Qalib iştirakçılar mükafatlandırıldı.

Our socials