24.11.2012

Öncədən məlumat verildiyi kimi 24 noyabr 2012-ci il tarixində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA), İrəli İctimai Birliyinin  və Milli Onkologiya Mərkəzinin birgə layihəsi olan  “Elmi-klinik tədqiqatların müasir əsasları və istiqamətləri” layihəsinin ilk seminarı baş tutmuşdur.

Seminar GAMCA sədri t.e.d.Qurbanxan Müslimov tərəfindən “Elmi və kliniki tədqiqatların müasir əsasları və istiqamətləri; ilk addımlar” mövzusuna həsr olunmuş, layihənin ümumi  gedişatı, mərhələləri, layihə çərçivəsində əhatə olunacaq tibbi mövzular, aparılacaq tədqiqat işlərinin istiqamətləri haqda geniş məruzə edilmiş, iştirakçıların layihədə görmək və dinləmək istədikləri mövzular  haqda onların fikir və təşəbbüsləri dinlənilmiş və layihə iştirakçılarının çoxsaylı suallarına cavab verilmişdir.

 Məruzədən sonra layihə koordinatoru Allahverdi Şahverənov  layihənin digər istiqamətlərini işıqlandıran prezentasiya ilə  çıxış etmiş, iştirakçılara layihə çərcivəsində  birbaşa məşğul olacaqları mövzuları təqdim etmiş və qruplarda tədqiqat işlərinin düzgün aparılması, ədəbiyyat icmalının toplanması ilə bağlı məlumatları çatdırmışdır.

Sonda ümumi fikirlər bildirilərək seminar sonlanmışdır.

Məlumat üçün bildiririk ki, seminar AATƏC (GAMCA) ofisində keçirilmişdir. 

Our socials