12.12.2012

 12 dekabr 2012-ci il tarixində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA), İrəli İB-nin və Milli Onkologiya Mərkəzinin birgə layihəsi olan “Elmi-klinik tədqiqatların müasir əsasları və istiqamətləri” layihəsi çərçivəsində növbəti seminar baş tutmuşdur.

    Seminar GAMCA sədri Prof.dr.Med Qurbanxan Müslümov tərəfindən "Elmi tədqiqatlara aparan yolda ilk addımlar" mövzusuna həsr olunmuşdur. Seminarda  kliniki tədqiqatların aparılma qaydaları və mərhələləri, aparılacaq tədqiqat işlərinin istiqamətləri haqda geniş məruzə edilmişdir. Həmçinin layihə iştirakçılarının fikir və təşəbbüsləri dinlənilmiş və çoxsaylı suallar cavablandırılmışdır.
    Sonda ümumi fikirlər bildirilərək seminar sonlanmışdır. 

    Məlumat üçün bildiririk ki, seminar AATƏC (GAMCA) ofisində keçirilmişdir.

Our socials