- Haqqımızda
- 1.AGTMC 2015
- Yeniliklər
- Mərkəzlər
- Professional klublar
- Layihələrimiz
- Xidmətlərimiz
- Virtual univesitet
- Summer medical school
- Qalereya
- Foto
- Tibbi Treyninq Kursları, dekabr, 2013
- Tibbi Treyninq Kursları, may, 2013
- Elmi-kliniki tədqiqatlar
- Mühazirələr
- Münhen, 30 aprel-3 may 2013
- II Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2013
- I Azərbaycan - Alman Tibbi Treyninq Kursları, 2012
- seminarlar
- III Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2012
- Summer medical school
- Mannhaym, Forum, 2011
- II Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2011
- I Azərbaycan - Alman Cərrahiyyə Günləri, 2008
- Video
- Foto
- Nəşrlərimiz
- Əməkdaşlıq
- Əlaqə
Müslümov Qurbanxan Fətəli oğlu
Müslümov Qurbanxan Fətəli oğlu 2 mart 1968 tarixində Lerik rayonunda anadan olub.1985-ci ildə Lerik rayonu Buruq kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1992-ci ildə Universiteti bitirmişdir. 1993-1995-ci ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçmişdir. 1995-2000-ci illər ərzində M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Mədə-bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir.2001-2010-cu illər ərzində M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Qara ciyər,öd yolları və pancreas cərrahlığı şöbəsində böyük elmi işçi vəzifəsində işləmişdir.2007-ci ildən M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Elmi Katib vəzifəsində işləyir.
1999-cu ildə Öd yollarının çapıq strikturalarının cərrahi müalicəsi mövzusunda tibb elmləri namizədliyini müdafiə etmişdir. 2006-2009-cu illər ərzində Almaniya, Haydelberq Universiteti,Mannheim Cərrahlıq klinikasında doktorantura keçmişdir. 2006-2009-cu illər ərzində Almaniya, Haydelberq Universiteti, Mannheim Cərrahlıq Klinikasında “Visseral və laporoskopik cərrahlıq” üzrə qonaq həkim kimi işləmişdir. 2010-cu ildə “Mədəaltı vəzinin xərçənginin cərrahi müalicəsi zamanı bəzi gen faktorlarının müalicənin nəticəsinə təsiri” mövzusunda doktorluq dissertasiyasi müdafiə edərək Tibb Elmləri Doktoru adına layiq görülmüşdür.
Evlidir , 4 uşağı var.