III Azərbaycan-Almaniya Cərrahiyyə Günləri

    Mart ayının 7-8-9 tarixlərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti,İrəli İctimai Birliyi,Milli Onkologiya Mərkəzi Və Almaniyanin Siegen-Marien-Krankenhaus xəstəxanasının birgə əməkdaşlığı ilə növbəti, 3-cü Azərbaycan-Almaniya Cərrahiyyə Günləri keçiriləcək.
     Konfrans zamanı Almaniyanın aparıcı Klinikalarında çalışan proffessorlar tərəfindən laparoskopik cərrahiyyə və anesteziologiya sahəsi üzrə məruzələr, seminarlar, müzakirələr, praktik məşğələlər, simulyator modellər üzərində təlimlər və.s olacaqdır.
     Qeyd edək ki, konfrans çərçivəsində 8-9 mart tarixlərində həkimlər, rezidentlər və tələbələri üçün laparoskopik cərrahiyyə və anesteziologiya sahəsi üzrə xüsusi təlimlər keçiriləcəkdir. 
       Elecə də tədbir çərçivəsində, yəni 8 mart tarixində bir il öncə start götürmüş, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Milli Onkologiya Mərkəzi və İrəli İctimai Birliyinin birgə layihəsi olan "Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri" layihəsi çərçivəsində layihə iştirakcıları yekun olaraq çıxışlar edecək və araşdırmaların son nəticələrini elan edəceklər. Qalib seçilmiş iştirakcılar Almaniyanın nufuzlu universitet-klinikalarında təcrübə keçmək imkanı və təqaüd əldə edəcək. 
     Qeyd edək ki, tədbir Monolit Plaza Otelinin konfrans zalında keçiriləcəkdir. Ünvan: Azərbaycan Respublikası.Bakı şəhəri, M.Müşviq küç 2a . Qeydiyyat hər gün saat 9:00 da başlayacaqdır

Our socials