02.11.2012

Cərrahlar klubunun növbəti toplantısı keçirilmişdir.

   

         Məlumat veririk ki, 2 noyabr 2012-ci il tarixində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti-nin ofisində Cərrahlar klubunun növbəti toplantısı keçirilmişdir. Toplantı “Qarın kötüyü şaxələrinin anevrizmaları: cərrahi və radioloji baxış və Pankreas başının sistik törəməsini imitasiya edən art.pankreatikoduodenalis inferior-un psevdoanevrizmasının uğurlu müalicəsi” (case report) mövzularını əhatə etmişdir. Görüşdə t.e.d. Qurban Müslümov, prof. Ahmet Memiş, phd. İlyas Həsənov və digər radiologlar, cərrahlar, rezidentlər və yuxarı kurs tələbələri iştirak etmişdir.

       Tədbiri Cərrahlar klubunu təsisçisi t.e.d. Qurban Müslümov açıq elan etmiş və prof. Ahmet Memiş Qarın kötüyü şaxələrində anevrizmalarla bağlı məruzə ilə çıxış etmişdır. Mühazirə oxunduğdan sonra mövzu ətrafında maraqlı diskusiya aparılmış, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır.

        Daha sonra t.e.d. Qurban Müslümov və Mərkəzi Gömrük hospitalının invaziv radioloqu Phd. İlyas Həsənov  "Pankreas başının sistik törəməsini imitasiya edən art. pankreatikoduodenalis inferior-un psevdoanevrizmasının uğurlu müalicəsi (case report)" ilə bağlı çıxış ediblər. Belə ki M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Prof. Dr. Med. Qurban Müslümovun rəhbərlik etdiyi cərrahlar briqadası tərəfindən çox unikal bir xəstə üzərində əməliyyat aparılıb. Uzun müddətdir çox şiddətli qarın ağrılarından şikayət edən xəstəyə pankreasın şişi olduğu və bunun da çarəsi olmadığı qərarı verilsə də xəstənin vəziyyətinin çox ağır olduğunu nəzərə alaraq xəstəyə cərrahi əməliyyat aparılmışdır. Əməliyyat zamanı çox nadir hallarda rast gəlinən bir patologiya-yuxarı mezenterik arteriyanın şaxəsi olan aşağı pankreatikoduodenal arteriyanın psevdoanevrizması aşkar edilmişdir. Apardığımız araşdırmalara görə bu patologiya ilk dəfə 2009-cu ildə ədəbiyyatda təsvir edilmiş və bu günə qədər ədəbiyyatda 10 belə hal rast gəlinmişdir. Bu xəstələrdə anevrizmanın partlama təhlükəsi çox yüksək olur ki, bu zaman da fatal nəticə demək olar ki, qaçılmazdır. Xəstədə Dr.İlyas Həsənovun rəhbərlik etdiyi komanda tərəfindən uğurla  anevrizmanın anqioqrafiyadan  sonra radioloji embolizasiyası aparılmış və bununla da xəstənin həyatına olan təhlükə tam aradan qaldırılmışdır. İlyas doktorun işi digər həmkərları tərəfindən yüksək qiymətləndirilmiş mövzu ətrafında çox maraqlı müzakirə aparılmışdır. 

       Sonda isə cərrahlar və radiologların daha sıx-sıx bir araya gəlməsi və birgə fəaliyyət göstərməsinin işinin nəticəsinə müsbət təsir göstərəcəyi ilə bağlı fikirlər söylənmişdir. 
Our socials