Haqqımızda


Azərbaycan Cərrahlar Klubu (Azerbaijan Surgical Club- ASC) Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində yaradılmış professional klubdur.



Fəaliyyətinə 2011-ci il aprel ayının 1-də start vermiş Azərbaycan Cərrahlar Klubu(ASC) cərrahların professional mübadiləsi üçün yaradılmışdır.

Məqsədimiz cərrahlar və cərrahiyyə ilə yaxın peşə sahibləri arasında bir körpü vasitəsi olub birgə təcrübə və fikir mübadiləsini təmin etməkdir. ASC əsas məramı cərrahiyyə sahəsində mövcud olan yeni standartların Azərbaycana gətirilməsi, dünyada qəbul olunmuş protokol təbabətinin tətbiqi, dünyanın aparıcı ölkələrindəki həmkarlarımızın qabaqcıl təcrübəsindən yararlanmaq, tibbin müxtəlif sahələrində baş vermiş yenilikləri müzakirə etmək, mövcud problemlərə müxtəlif rakurslardan baxış və onun birgə müzakirəsi və s. olmaqdadır.

ASC-un fəaliyyət metodlarına ayda bir dəfə keçirilən requlyar toplantı, müxtəlif seminar və konfranslar, Skype seminarlar, canlı translyasiya ilə keçirilən əməliyyatlar və s. aiddir. Hazırda hər ayın son həftəsinin cümə günü təşkil olunan ümumi iclaslarda cərrahlar, radioloqlar, anestezioloqlar, histoloqlar və s. ixtisaslı həkimlərlə bərabər aktual mövzularda mühazirələr və videoprezentasiyalar edilir, həmçinin Azərbaycanda ilk dəfə keçirilmiş və ümumiyyətlə maraqlı əməliyyatların videoprezentasiyaları nümayiş etdirərək əməliyyat texnikası müzakirə edilir, müzakirə edilən məsələlər ətrafında diskusiyalar davam etdirilir. Bu günə qədər bir neçə dəfə ASC toplantılarında xarici mütəxəssislərin (Almaiya, Türkiyyə və s.) də çıxış və prezentasiyaları olmuşdur və gələcəkdə bu davam etdiriləcəkdir. Bununla bərabər gələckdə xarici mütəxəssislərlə Skype seminarların aparılması da planlaşdırılır.

Gələcəkdə ASC-un ildə bir dəfə keçirilən Beynəlxalq statuslu konfransının də requlyar təşkil edilməsi planlaşdırılır.

Yeniliklərimiz, fəaliyyətimiz, keçiriləcək iclaslar və elanlarla bağlı saytımızın daim yenilənən səhifələrində daha geniş məlumat əldə edə bilərsiniz ( www.gamca.az).

Peşakarların dostluğu inkişafı sürətləndirir!!!

Hörmətlə,

ASC team

Our socials