I Azərbaycan - Almaniay Treyninq Kursları, sentyabr 2012


 Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti  Azərbaycan Tibb Universiteti ilə birgə ve Azərbaycan Gənclər Fondunun Dəstəyi ilə 29 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində Almaniyanin Heydelberg ve Siegen Universitet klinikalarindan dəvət olunmuş mütəxəssislerin istiraki ile I Azərbaycan- Alman Tibbi treyninq kursları təşkil edir. Treyning kurslari  tebabetin en aktual sahələrini: ümümi ve laparoskopik cərrahiyyə, ginekologiya, anesteziologiya- reanimatologiya,radiologiya endoskopiya ve s. əhatə etməklə en müasir treninq modelləri üzərində xüsüsi proqram əsasında həyata keçiriləcəkdir. Treyningler 2 il evvel Heyder Eliyev Fondunun desteyi ile Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nezdinde tesis edilmis  Azərbaycan- Alman Tibbi Treyninq Merkezi terefinden temin edilecekdir. Bu kurslardan ekseriyyeti rezidentler ve telebeler olmaqla 500 nefere yaxin mutexessis yararlanacaqdir. Eyni zamanda bu tedbir zamani emeliyyat tibb bacilari ucun de xususi treyningler  keciril;ecekdir.

Bundan sonra davamli olaraq kecirilmesi nezerde tutulan  I Azərbaycan- Alman Tibbi treyninq kurslarında açıq ve laporoskopik cərrahiyyə, ginekologiya, uronefrologiya, reanimatologiya, radiologiya ve endoskopiya üzrə adi tibbi vərdişlərlə yanaşı murekkeb cerrahi, invaziv, diaqnostik ve diger mualicevi texnikalar tecrubeli mutexessislerin mesqciliyi ile xususi simulyatorlar ve heyvanların orqan və toxumaları uzərində istirakcilara oyredilecekdir.

29 sentyabr-02 oktyabr 2012 tarixlərində keçiriləcek bu tədbir zamani Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Almaniyanin bir nece Universitetleri ile birge planlasdirdigi“Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri “adlı layihəsinin də təqdimatı keçiriləcək və növbəti kliniki tedqiqatlar layihəsinə start veriləcəkdir. Eyni zamanda Azerbaycanda bu ilden baslayaraq ingilis dilinde cap edilecek beynelxalq seviyyede taninan Almaniya Azerbaycan birge tibb jurnali tesis edilecekdir.

Nəzərinizə  çatdiraq ki,tədbir Azərbaycan Tibb Universitetinin Terapevtik korpusunda keçiriləcəkdir.


Treyninq kusrlarına hazırlıq tam gücü ilə davam edir... 

   

   

 


  "I Azərbaycan- Alman Tibbi treninq kursları" işinə start verdi.

 

Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti  Azərbaycan Tibb Universiteti , “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı   və Azərbaycan Gənclər Fondunun Dəstəyi ilə 29 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində Almaniyanin Haydelberg ve Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə “I Azərbaycan- Alman Tibbi treninq kursları”bu gündən işinə start verdi.

Tədbiri giriş sözü ilə açıq elan edən Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri , prosfessor Qurbanxan Muslimov  qonaqları və tədbir iştirakçılarını salamladı.Rəsmi açılış mərasimdə Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov, millət vəkilləri Ceyhun Osmanlı, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev, elmi xadimlər, “İrəli” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, ASAIF-in baş katibi Vüsal Qurbanov iştirak ediblər.

R.Məmmədhəsənov Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Qeyd edib ki, təşkil edilən Azərbaycan-Alman tibbi təlim kurslarının gənc təbiblərin inkişafında və müasir tibbin yenilikləri ilə bağlı məlumatlar qazanmasında böyük əhəmiyyəti var.

Azərbaycan–Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurban Müslümov layihə haqqında geniş məlumat verib. M.Qurbanov vurğulayıb ki, təlim kursları təbabətin aktual sahələrini əhatə etməklə ən müasir təlim modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcək.

Qeyd edək ki, kurslardan əksəriyyəti rezidentlər və tələbələr olmaqla 500 nəfərə yaxın mütəxəssis yararlanacaq.

Milli Məclisin deputatları Ceyhun Osmanlı, Məlahət İbrahimqızı, Jalə Əliyeva çıxış edərək bildiriblər ki, səhiyyənin bu günkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır. Bu səpkili tədbirlərin keçirilməsi buna bariz nümunədir. Belə ki, gənclər öz üzərilərində işləməklə, bu kimi tədbirlərə qatılaraq bilik və təcrübələrini artıra bilərlər.

Vaqif Seyidbəyov isə bu kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, gənclərin inkişafına, gələcək karyeralarına töhfə verəcəyini bildirib və fondun daim bu kimi tədbirlərin həyata keçirilməsinə dəstək olacağını vurğulayıb.

Tədbir zamanı Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Almaniyanın bir neçə universitetləri ilə birgə planlaşdırdığı “Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri” adlı layihəsinin təqdimatı da keçirilib.

  

   

   

  


Tibbi treyninq kursları davam edir...


   

   

   

   

   

   

I Azərbaycan – Alman Tibbi Treyninq kursları    

Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (GAMCA) və Azərbaycan Tibb Universiteti  Azərbaycan Gənclər Fondunun maliyyəvə“İRƏLİ” İctimai Birliyinin təşkilati  dəstəyi ilə 29 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində Almaniyanın Haydelberg ve Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə “I Azərbaycan – Alman Tibbi Treyninq kursları”  təşkil etmişdir. Azərbaycan TibbUniversitetininTədris Terapevtik Klinikasında  baştutan tədbirdə sentyabrın 29-da rəsmi  açılış mərasimi ilə start verilmişdi. Rəsmi açılış mərasimində Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov, millət vəkilləri Ceyhun Osmanlı, Jalə Əliyeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev və s. iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açıq elan edən Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov  qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra layihə haqqında geniş məlumat verərək vurğulamışdır ki, təlim kursları təbabətin aktual sahələrini əhatə etməklə Azərbaycanda ilk dəfə ən müasir təlim modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcək. Açılışda Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor R.Məmmədhəsənov Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirərək təşkil edilən Azərbaycan-Alman tibbi təlim kurslarının gənc təbiblərin inkişafında və müasir tibbin yenilikləri ilə bağlı məlumatlar qazanmasında böyük əhəmiyyəti olduğunu qeyd etmişdir.

Milli Məclisin deputatları Ceyhun Osmanlı, Məlahət İbrahimqızı, Jalə Əliyeva çıxış edərək bildirdilər ki, səhiyyənin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır. Bu səpkili tədbirlərin keçirilməsi buna bariz nümunədir. Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri V.Seyidbəyov isə bu kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, gənclərin inkişafına, gələcək karyeralarına töhfə verəcəyini bildirib və fondun daima bu kimi tədbirlərin həyata keçirilməsinə dəstək olacağını vurğulamışdır.

Sonrakı günlərdə baş tutan praktiki treyninqlərdə ümumi cərrahiyyə, laparoskopiya, ginekologiya, endoskopiya, radiologiya, uronefrologiya, reanimasiya və əməliyyat tibb bacıları  üçün təlim bölmələri üzrə təlimlər həyata keçirildi. Treynerlər heyətini  xarici ölkələrdə təhsil almış və iş praktikası keçmiş yüksək ixtisaslı yerli mutəxəssislər, eyni zamanda Almaniyanın  Haydelberq və Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislər tərəfindən aparılırdı. Beləliklə, ümumi cərrahiyyə bölməsi üzrə treynerlər Dr.Serkan Sertel, Dr.Natiq Zeynalov, Dr.Rəşad Mahmudov, Dr.İlqar Heybətov, Dr.Faiq Əliyev, Dr.Asif Cahangirov, laparoskopiya bölməsi üzrə Dr.Qurban Müslümov, Dr.Rəşad Məmmədov, Dr.Fərid Rəfiyev, Dr.Eldar Əhmədov, Dr.Hacı Lətifov, Dr.Həzi Aslanov, ginekologiya bölməsi üzrə Dr.İslam Mahalov, Dr.Leyla Məmmədova, endoskopiya bölməsi üzrə Dr.Arzu Yusifova, radiologiya bölməsi üzrə  Dr.Əhməd Məmiş, Dr.Şahin Əbilov, Dr.Ağakişi Yəhyayev, Dr.İlyas Həsənov, uronefrologiya və reanimasiya bölməsi üzrə Dr.Nexhat Miftari, Dr. Xanbaba Hüseynov, Dr. Şəfiqə Ağayeva, əməliyyat tibb bacıları üçün təlim bölməsi üzrə Farzin Zinalabidin, Əfsanə Bağışova olmuşdur. Treyninqlərdə ümumilikdə 500 nəfərə yaxın  gənc həkim, rezident və tələbə iştirak etdi. Bütün ixtisaslar üzrə təlimlər 2 səviyyədə (sadə və mürrəkəb vərdişlər) aparılmışdır. Ümumi cərrahiyə  seksiyasında iştirakçılara xüsusi modellər üzərində tikiş texnikası öyrədilmiş, həmçinin damar cərrahları tərəfindən damar tikişləri və AKŞ əməliyyatının özəllikləri ətraflı izah edilmişdir. Ginekologiya qrupunda xüsusi modellər üzərində sadə ginekoloji və laparoskopik cərrahi vərdişlər və histeroskopla işləmə prinsipləri, uşaqlığın müxtəlif xəstəlikləri modeli üzərində diaqnostik və müalicəvi histeroskopiya üzrə təlimlər keçmişdir. Laparoskopiya zalında kamera ilə işləmə prinsiplərini, müxtəlif  laparoskopik əməliyyatlar zamanı portların vəziyyəti və qoyulması, laparoskopik kliplərin və steplerlərin qoyulması, tikiş texnikasının prinsipləri,  yan bağırsaq tikişlərinin və müxtəlif növ anastomozların qoyulması haqqında treyninqlər keçmişlər. Endoskopiyada isə endoskopik polipektomiya, skleroterapiya və s. kimi təməl vərdişlər gənc həkimlərə və tələbələrə aşılanmışdır. Yüksək ixtisaslıradioloqlar isə iştirakçılar üzərində sadə radioloji manipulyasiyaları izah etmiş, həmçinin USM-in  əsas prinsipləri, müxtəlif toxumaların, mühitlərin və orqanların differensasiyası ilə yanaşı xüsusi modellər üzərində invaziv radioloji vərdişlər (doppler USM-in nəzarəti altında damarların differensasiyası və punksiyası, USM-in nəzarəti altında abseslərin və mayeli boşluqların punksiyası və drenlənməsi və punksion biopsiya) üzrə treyninqlər keçirilmişdir.

Treynerlərin yüksək səyi nəticəsində iştirakçılar tibbin müxtəlif sahələri üzrə zəngin nəzəri və praktik vərdişlərə yiyələnmiş olmuşlar.Bu günlər ərzində tibbin bir çox aktual problemləri müzakirə olundu və ən son tibbi yeniliklər barədə  iştirakçılara məlumat verildi. Treyninqlərin ilk dəfə keçirilməsinə baxmayaraq hər şey yüksək səviyyədə təşkil olunmuş, treyninq zalları dünyanın aparıcı universitetlərində bu məqsədlə istifadə edilən müasir tibbi treyninq avadanlıqları ilə təchiz olunmuşdur ki, bu da iştirakçılara bu avadanlıqlarla işləmə bacarığına yiyələnmək imkanı vermişdir.

Tədbirin bağlanış mərasimində GAMCA tərəfindən treynerlər və fəxri qonaqlar sertifikat və xüsusi diplomlarla təltif olundular. Həmçinin təşkilat komitəsinin üzvlərindən tədbirin yüksək səviyyədə təşkil olunmasında əməyinə görə 1 nəfərə iPAD və digər üzvlərinə müxtəlif dəyərli hədiyyələr verildi. Sonda GAMCA nəzdində Tibbi Treyninq Mərkəzinin rəsmən təsis edilməsi və belə treyninqlərin requlyar keçirilməsi qərara alındı.

I Azərbaycan - Alman Tibbi Treyninq kurslarının təşkilində yardımçı olduqlarına görə ATU, Azərbaycan Gənclər Fondunun, “İRƏLİ” İctimai Birliyi, Vitta Medical, ButaFarm, Adventa Medical şirkətləri, ASAİF və Milli Məclisin deputatlarının ünvanına verdikləri dəstəyə görə xüsusi təşəkkürlər söylənilmişdir.

color: #f79646;cursor: default;cursor: default; width: 158.55454545454546px; height: 107px;
Our socials