Haqqımızda

1.Azərbaycan-Alman-Türk Tibb Kongresi   

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ONKOLOGİYA MƏRKƏZİ 

AZƏRBAYCAN ALMANİYA TİBBİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİNİN təşkilatı dəstəyi ilə 10-13 Aprel 2015-ci il tarixlərində Bakıda 1.Azərbaycan-Alman-Türk Tibb Kongresi təşkil edir. Kongresdə Almaniyanın Universitet klinikalarından dəvət olunmuş 10 professor və Türkiyənin Universitet Klinikalarından dəvət edilmiş 6 professor referent qismində iştirak edəcəklər. Tədbirin açılışı 11 Aprel 2015 tarixdə, saat 9.00-da  Monolit Plaza Hotelində keçiriləcəkdir. İştirakçıların qeydiyyatı səhər saat 08.00-da başlayır.

Konqres iki məkanda - Mİlli Onkologiya Mərkəzi və Monolit Plaza otelində baş tutacaq. Mİlli Onkologiya Mərkəzində  konqreslə yanaşı Endosonografiya üzrə Beynəlxalq sertifikatı olan 3 günlük treyninqlər də keçiriləcək.
Eyni zamanda paralel olaraq 11, 12, 13 Aprel tarixlərində Monolit Plaza otelinin 3 zalında Konqresin digər hissələri keçiriləcək. Hər gün Monolit Plaza otelinin 4 zalında Laproskopik cərrahiyyə, Endoskopiya, Ümumi Cərrahiyyə və Radiologiya üzrə 4 saatlıq (səhər 2 saat, günortadan sonra 2 saat olmaqla) 21 CME balı olan Workshopların keçirilməsi planlaşdırılır ki, ilk dəfə postsovet məkanında bu workshoplara CME (Continuing Medical Education) balı verilmiş və sertifikatlar beynəlxalq status qazanmışdır.

Aprelin 13-də bu konqreslə yanaşı yeni yaradılmış Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin də 1-ci Kongresi keçiriləcək. Konqres çərçivəsində Tələbə, rezident və gənc həkimlərin Cərrahiyyə, Onkologiya və Qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrində ibarət forumu təşkil olunacaq. 1-ci yerin sahibi 1 aylıq Almaniyanın Universitet klinikalarının birinə yay praktikasına göndəriləcək, 2-ci yerin sahibi may ayında İstanbulda keçiriləcək Türkiyə Koloproktoloqlar Cəmiyyətinin Konqresinə göndəriləcək və 3-cü yerin sahibinə xüsusi hədiyyə veriləcəkdir.
Kongresdə ümumilikdə 400-500 nəfərin iştirakı gözlənilir. Konqresdə və treyninqlərdə iştirak üçün qeydiyyata online olaraq aparılır.

Ətraflı məlumat üçün bu e-mail adres ilə əlaqə saxlayın: gatmc2015@gmail.com

Ərizənizin alınması barədə sizə avtomatik elektron cavab gəldikdən sonra mütləq iştirakınızın rəsmiləşdirilməsi üçün həmin elektron poçt ünvanına məktubla müraciət etməyiniz tələb olunur.

Hörmətli iştirakçılar, treyninqlərdə ödəniş haqqında məlumatı aşağı linkdən ala bilərsiniz:
http://goo.gl/9ZZAKl

Kongres haqqında flyerhttp://goo.gl/W1UjOV

Konqresdə Iştirak üçün qeydiyyat anketihttp://goo.gl/sqd3K6

Treyninqlərə qatılmaq üçün qeydiyyat vərəqihttp://goo.gl/y3ibLa

Treyninqlərin proqramıhttp://goo.gl/3NkzFn

Konqresin proqramıhttp://goo.gl/o2yO9O

Hörmətlə,

TƏŞKİLAT KOMİTƏSİ


Koordinatorlar: 

Yusif Əliyarov yusifaliyarov@yahoo.com
Günay Əliyeva gunay.aliyeva@gamca.az
Tapdıq Məmmədov tapdiq.mammadov@gamca.az
Vüqar Behbudov vbehbudov@gmail.com
Əlaqə:

Ünvan: HəsənbəyZərdabiküç. ev 77a, AZ1100, Bakı, Azərbaycan Tel:(+99412) 533-06-34

0099455-342-81-81- VüqarBehbudov
0099455-839-19-19- TapdıqMəmmədov

0099450-398-87-76- Yusif Əliyarov

Our socials