III Summer Medical School


Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti  Azərbaycan Tibb Universiteti ilə birgə 2014-cü il üçün Almaniyada Yay Tibb Məktəbi - Summer Medical School lahiyəsi çərçivəsində tələbə, rezident və gənc həkimlər üçün Almaniyanın 10-a yaxın aparıcı universitet və tədris klinikalarında tibbi praktika keçmək üçün ərizələrin qəbuluna başlayır. Seçim turlarını uğurla keçərək iştirakçı hüququnu qazanmış şəxslər iyun-avqust aylarında Heidelberq, Mannhaym, Siegen, Hannover, Köln, Karlsruhe, Essen, Freiburq, Siegerland, Nekarsulm universitet klinikalarında müxtəlif ixtisaslar üzrə 1 və ya 2 ay ərzində tibbi praktika keçmək şansı əldə edəcəklər. Seçim üçün əsas meyarlar alman və ingilis dili bilgiləri, ərizə verənlərin motivasiya məktubları və cəmiyyətimizin tədbirlərində nə dərəcədə aktiv iştirak etmələri olacaqdır. Səfər xərcləri iştirakçılar tərəfindən ödənilir. Seçim turlarını uğurla keçmiş iştirakçılar üçün dəvətlərin alınması, iştirakçıların yerləşdirilməsi, alman klinikalarında  praktiki fəaliyyətinin təşkili və s. məsələlər lahiyənin Azərbaycandan və Almaniyadan olan koordinatorları tərəfindən həyata keçirilir.

 Ərizələrin qəbulu 2014-cü ilin yanvar  ayının 1-dən aprel ayının 31-dək davam edəcəkdir. Seçimin nətəcələri isə may ayının 10-dan gec olmayaraq elan ediləcəkdir.

Lahiyədə iştirak etmək üçün   qeydiyyat vərəqəsini doldurub   summermedicalschool@gamca.azelektron ünvanına göndərmək lazımdır.

Koordinatorlar:

Kamal Məmmədov   :  kamal.mammadov@gamca.az

Xalidə Mahmudova   : xalida.mahmudova@gamca.az

Pərviz Əli                  :  parvizalijev@gmail.com 


GAMCA

Our socials