Haqqımızda

“Elmi – tibbi tədqiqatların müasir əsasları və istiqamətləri”  - Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA)  İRƏLİ” İctimai Birliyi Tədqiqatlar Mərkəzi ilə birlikdə tibb tələbələri və gənc həkimlər üçün təşkil etdiyi  layihədir. Layihə Akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuşdur.

Lahiyənin həyata keçirilməsində əsas məqsəd müasir elmi-tibbi tədqiqatların aparılması sahəsində mövcud olan müasir standartların və elmi biliklərin Azərbaycana gətirilməsidir. Bu məqsədlə lahiyə çərçivəsində tələbələr və gənc tədqiqatçılar tərəfindən tibbi tədqiqatların aparılmasına dəstək vermək, onları müasir elmi-tibbi araşdırmaların əsasları, istiqamətləri və nəticələri ilə tanış etmək, tibb tələbələri və gənc həkimlərə müasir elmi tədqiqatlarin planlaşdırılması, aparılması metodikası və vərdişlərinin aşılanması, tədqiqat məqsədilə ədəbiyyat mənbələrindən və informasiya texnologiyalarından istifadə üsullarının öyrənilməsi, öz araşdırmalarının nəticələrinin analiz edilməsi və publikaya təqdim edilməsi, elmi-diskussiya vərdişlərinin aşılanması və s. tədbirlərin həyata keçirilməsi planlaşdırmışdır. Layihə xərçəng tədqiqatlarına həsr olunmuşdur.           

Layihəyə tibbin müxtəlif sahələrini  əhatə edən, tibbdə müasir məlumat və təcrübələri paylaşmağa imkan verən tədris proqramının tətbiqi, interaktiv mühazirələr, təlim və məşğələlər, müxtəlif dəirmi masalar, qruplarda iş, treyninqlər, elmi diskusiyalar, konfranslar, aparılan elmi tədqiqatların nəticəsi olaraq tezislərin, məqalələr yazılması və gənc tədqiqatçıların xarici ölkələrə səfərləri daxil olmuşdur.  Layihə zamanı tibbi təhsil proqramında kifayət qədər nüfuzlu, xaricdə təhsil almış həkimlər və tədqiqatçılar, yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulmuşdur. Layihənin sonunda elmi konfrans keçirilmiş və müəyyən meyarlara görə münsiflərin verdiyi rəy əsasında lahiyənin qalibləri seçilmişdir.

Layihənin 5 qalibi Almaniyanın aparıcı Elmi Mərkəzlərində 1 aylıq elmi-praktiki ezamiyyətdə olmuşdurlar.

Our socials