Allahverdi Şahverənov, Heidelberg

İlk öncə şəhərə çatmaq çox maraqlı idi, çünki xəritələr hauptbahnhof-lar, maraqlı yollar, gecikmələr və sairə 

Evə gec çatdım, ev yiyəsi məni danladı ki niyə hava yollarınız bu qədər ləngdir və sonra almanca öz ləhcəsində sözlər deyirdi və bir sözlə artıq öz otağımda idim.

Səhər açılanda yeni şəhər, yeni insanlar, yeni  küçələr bir sözlə Heidelberg Universitetini tapmalı idim. Ancaq çətin idi. Çünki  İngiliscə suallarıma cavab verməli idi almanlar vətəndaşları. Heidelberg universitetinin Nierenzentrum deyilən mərkəzini nəhayət ki , tapdım. Bura daxil olub biraşa professorun otağına yollandım. Ancaq katibənin otağına daxil oldum. İçəri girib mən gəldim demək istəyirdim ki 1 – ci mərtəbə Nephrologie deyilən şöbəsinə getdim. Məni Portuqaliyadan Vasco adlı tələbə, Mihi adlı Koreyalı tələbə , İsveçrədən adını yadımda saxlaya bilmədiyim tələbə və Litvadan Lyustina qarşıladı. Sonra həkimlərlə görüşdüm və beləcə praktika günlərim başladı.

İlk öncə personal üçün kafe, wc və lazımı yerləri öyrəndim. Sonra həkimlərin yanında xəstə müzakirəsində iştirak etməyə başladım. Həkimlər üzümə baxanda “almanca bilmir bu, ancaq ingiliscə izah etsək yazıq mimikası yox olacaq” mənə xəstələri ingiliscə izah edirdilər. Təbii ki , dəhlizdə. Sonra xəstələri bir – bir gəzirdik. Çünki xəstələri bir neçə dəqiqədə analiz edirdilər, elə bil mən ÜST – dən 70 yaşlı ekspert idim və mənə hər şey aydın idi. Sonra artıq başladım sual verməyə , maraqlı ideyalar çıxarmağa , bir sözlə elm insanı olduğumu hiss etdirməyə. Sonra bizi Prof.Dr.Martin Z.  gəlib qarşıladı. Çox səmimi rəhbər elm adamı idi. İlk gündən nefrologiya komandasını çox sevdim. Sonra evə getdim

Bucür praktikalar davam edir. Sonra Qurban müəllim bütün GAMCA ilə Almaniyaya gələn bütün gəncləri Wiesbaden deyilən yerdə topladı. Maraqlı idi. Çünki növbəti klinik – tədqiqat layihələri müzakirə olunurdu. Hər kəs öz fikrini bildirirdi. Mən bu il olacaq seçim , iştirak və tətbiq proseslərində daha da ciddi qaydalar tətbiq olunmasını tələb edirdim. Ancaq hər dəfə Qurban müəllim, Allahverdi sərt və ciddi qaydalar tətbiq olunmasını tələb edirdim. Ancaq hər dəfə Qurban müəllim , Allahverdi sərt və ciddi qaydalara ehtiyac yoxdur, məsuliiyyətli olan işini dəqiq yerinə yetirəcək. Qurban müəllimin bu qaydası  məncə biz gəncləri GAMCA – da toplayan əsas qüvvədir. Çünki şəxsən mən səmimiyyətə , dostluğa , qarşındakı insanı başa düşməyə yönəlik qaydalata üstünlük verən insanları çox sevirəm. Çünki Yer kürəsinin hər bir vətəndaşı  belə olmalıdır. Sonra Wiesbadendə parkla yenidən vağzala qayıtdıq hərə öz evinə. Qurban müəllim birinci bizi tərk etdi, Zurichə gedirdi. Bu hissə reklam idi. Sonra hamı evə çatdı. Mən də o cümlədən.

Dr.Nedjat Miftari – Neckalsrumda dializ mərkəzi rəhbəri idi. Bir gün bizi öz mərkəzinə dəvət etdi və apardı. Ən gözəl günlərimdən biri idi. Çünki 1 saatlıq yolda yalnız gülüş , səmimiyyət , elmi fikirlər , suallar, cavablar və təbi ki , Audi R markasının musiqi sisteminin həzzi Dializ mərkəzinə çatdıq. Hər bir işçi çox aktiv işləyirdi. Gündə 5 – 10 dəfə pilləkənləri qalxıb düşdük. Çünki hər mərtəbədə xəstələt var idi və Dr.Miftari bizi Heidelbergdəki evimə qədər gətirdi. Yolda Beyonce, Akon və başqa musiqiləri qabıqaltı mərkəzimi mikrodalğalarla təsir etmişdi.

Sonra NierenZentrum-da Dr.Kihm ve Dr. Matthias Schaier-lə tanış oldum. Dr. Kihmin yanında ilk dəfə nadir xəstəliklərdən sayılan sistinozis gördüm. Hantavirus  nefriti xəstələri dolu idi. Çünki Heidelberg siçanlarla dolu idi. Dr.Matthias Schaierlə isə praktikamın axırına qədər xəstələr qəbul etdik. Çox səmimi insan idi. Xəstələrlə səmimiyyətinə heyran idim və çox şey öyrəmdim. Lupus nefritinin hər stage-nə uyğun xəstələr gördüm. Ancaq ən ağır xəstəni heç vaxt unutmaram. Hamilə idi və 2 dəfə insult, ürəyində stent var idi. Lupus nefritinə görə müalicə alırdı və uşağını itirməmək üçün ağlayırdı və o ağlayan qadın üzünü görəndə tibbi daha dərindən öyrənmək istəyirdim. Bir sözlə diaqnoz qoyub müalicə yazmaqla insanlığa bir fayda görmək olmaz.  Tədqiqatla məşqul olmaq lazımdır.

Sonra NierenZentrum-un dializ mərkəzində Dr.Joerg  və başqa həkimlərlə tanış oldum. Onlar da maraqlı idi ama politik sualları çox sevirdilər . Dr. Joerg kimi pedaqoq olmaq mənim də arzumdur. Həqiqətən o insanın hər cümləsi çox dəyərli idi. Mənim elmi idəyalarımla çox maraqlanırdı. Bir dəfə  Centers for Disease Control and Prevention – ın rəsmi saytında Hantavirusu oxuyurdum və təsadüfən bir cümlə gözümə dəydi. Puumala virusu Üestern Europa ölkələrində yayılmışdır. Tez Almaniyanı araşdırdım və gördüm ki, Almaniya da Üestern Europa  ölkəsidir. Cünki Central Europa ölkələri də var idi. Almaniya  Western ( Qərbi ) Europa ölkəsi siyahısında görəndə tez print edib qaçdım həkimlər otağına və xəstəlik tarixlərinə baxdım. Heç birində Puumala-nı görmədim. Ancaq Hanta adını gördüm. Mən bunu görüb dializə düşüb ordakı xəstəlik tarixlərinə də baxdım. Yenə Puuamala-nı  görmədim. Ancaq hər şey aydın idi. Qaça – qaça düz Oberarzt Dr.Joerg Beimler – in otağına. Qapını döydüm və içəri girib soruşdum. Nurada Hantavirus yayılıb deyirsiniz ama Amerika deyir ki , bu Puumaladır. Diaqnozda səhv var. o da araşdırdı və mənə  ……. ( Kim istəsə bu uzun elmi müzakirəni deyərəm)  Digər maraqlı hadisəni Amerikanın elmi məqaləsində gördüm: Belə ki, Amerikada ağ dərililərdə Hantavirus məskən salır,  ama qara dərililəri bu virus sevmir. Özümə sual verdim : Niyə? Onu da Dr. Beimler – lə müzakirə etdim. Ancaq o dedi : I don’t know as you . Artıq elmi aktivliyim çox aktivləşmişdi. Hər gün qəribə qəribə məqalələrlə həkimləri bezdirmişdim və hamsı  WE DON”T KNOW AS YOU.  ALLAHVERDI BİZDƏN ƏL ÇƏK.

Belə belə günlər keçdi və son gün artıq hamıyla sagollaşıb evə getməli idim və nəticə: Artıq Bakıdayam

HORMETLE, ALLAHVERDI

Our socials