Azərbaycan Cərrahlar Klubunun növbəti, bu il üçün son toplantısı keçirilmişdir

Nəzərinizə çatdırırıq ki, 29 noyabr 2014-cü il tarixində  Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin ofisində Azərbaycan Cərrahlar Klubunun (ASC) növbəti toplantısı keçirilmişdir. İclası Cərrahlar Klubunun sədri Prof.Dr.Med. Qurbanxan Müslümov açaraq qonaqları salamladı və bildirdi ki, bu günkü toplantı 2014-cü ildə son iclasdir. 

Sonra Q.Müslümov Azərbaycanda ilk dəfə 2 xəstədə icra etdikləri Torakoskopik və Torako-laparoskopik ezofaqoektomiyaya əməliyyatları və onların nəticələri barədə geniş videoprezentasiya təqdim etdi. Əməliyyatın montaj edilməmiş görüntüləri üzərində təqdim edilmiş prezentasiya böyük marağa səbəb oldu. Sonra Prof.Dr.Med. Qurbanxan Müslümov mövzu ətrafında dinləyiciləri maraqlandıran sualları cavablandırdı. Bu əməliyyatın yaxın xaric və postsovet ölkələrində icra edilib-edilməməsinə bağlı suala cavab olaraq bildirdi ki, internet üzərindən apardığı araşdırmalarda Türkiyənin bir neçə klinikasında əməliyyatın icra edilməsinə bağlı materiallara rast gəlinsə də, İran, Rusiya, Ukrayna və digər yaxın xaric ölkələrində bu əməliyyat icra edilmir.  Daha sonra söz  Dr.Araz Bayramova verildi. A. Bayramov Böyrək daşlarının müalicəsində az invaziv Ureterorenolitotripsiyanın rolu, kriteriyaları və son nailiyyətlər haqqında geniş və  dinləyicilər tərəfindən dərin maraqla qarşılanan mühazirə ilə çıxış etdi. Sonda movzu etrafında geniş diskussiya aparıldı.

Bir daha nəzərinizə çatdıraq ki, 2010-cu ildən fəaliyyət göstərən Azərbaycan Cərrahlar Klubunun toplantıları hər ayın son həftəsinin 5-ci günü keçirilir və açıqdır.

GAMCA

Our socials