Diqqət! Diqqət! Gənc həkimlər, rezidentlər, V və VI kurs tələbələrinin nəzərinə!!!

25-26 may 2013-cü il tarixlərində Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Elmi Cərrahiyyə Mərkəzinin Gənc Alimlər Şurası ilə birgə növbəti dəfə Tibbi Treyninq Kurslarına start verir. Treyninq kursları laparoskopik və ümumi cərrahiyyə əhatə etməklə ən müasir treyninq modelləri üzərində xüsüsi 2 mərhələləri proqram əsasında həyata keçiriləcək. I mərhələdə canlı toxumalar üzrərində sadə vərdişlər, II mərhələdə isə xüsusi canlı modellər üzərində əməliiyatlar təcrübəli mütəxəssislərin məşqçiliyi ilə istirakçılara öyrədiləcəkdir. 

Tədbir Elmi Cərrahiyyə Mərkəzində keçiriləcəkdir. Kurslara müraciət online və əyani olaraq aparılacaqdır. Əyani qeydiyyat üçün ECM-də Elmi hissəyə (kompüter otağı) müraciət edə bilərsiniz. Online qeyddiyat üçün isə www.gamca.az saytından  və facebook səhifəmizdən (Tibbi Treyninq Kursları) yüklədiyiniz qeydiyyat vərəqəsini 20 may 2013-cü il tarixinə qədər treyning@gamca.az e-mail ünvanına göndərə bilərsiniz. 

Nəzərinizə çatdıraq ki, hər iştirakçıya sərfediləcək 50 AZN maliyyənin bir qismin Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən ödəniləcək, yalnız I mərhələdə iştirak üçün 10 AZN, tam iştirak üçün isə 20 AZN ödəniş iştirakçılar tərəfindən olunmalıdır. Kursu bitirənlərə sertifikat veriləcəkdir.

Tədbirin yenilikləri barədə məlumatları GAMCA-nın rəsmi internet səhifəsindən (www.gamca.az) və həmçinin tədbirin facebook səhifəsindən (https://www.facebook.com/events/247207222090791/) informasiya ala bilərsiniz.

Koordinatorlar: 

Günay Əliyeva          gunay.aliyeva@gamca.az

Ramin Qasımov        doktor_81@rambler.ru

Tapdıq Məmmədov   tapdiq.mammadov@gamca.az

Əlaqə:

Ünvan:    Həsənbəy Zərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan 

               Tel:    (+99412) 533-06-34 

               Mob:  (+99470) 733-06-34 

               Faks: (+99455)839-19-19

                         (+99412) 533-06-34

Our socials